Rektor tələbələrə təşəkkürnamələr təqdim edib

28 Dekabr, 2021

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov tələbələrlə görüşüb.

Aİİ rəhbəri tələbələri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə təbrik edib. Həmrəylik Gününün tarixindən bəhs edən rektor xalqımızın birlik və bərabərliyinin bariz nümunəsinin 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər olduğunu bildirib.

Ali təhsil müəssisəsinin rəhbəri daha sonra vurğulayıb ki, ölkəmizin daha da inkişafı naminə gənclər daha çox çalışmalı, yüksək savada malik mütəxəssislər olaraq yetişməlidir.
Tələbələrin payız semestrinin sonuna gəldiklərini xatırladan Aqil Şirinov təhsilalanlara qış imtahan sessiyasında uğurlar arzulayıb. Qeyd edib ki, tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması prioritet məsələdir.

Görüşün sonunda təhsil aldığı dövrdə İnstitutun elmi, mədəni və ictimai həyatında fəal iştirak etdiyinə, yüksək göstərici və nümunəvi davranışı ilə fərqləndiyinə görə bir qrup tələbəyə Təşəkkürnamə və hədiyyələr təqdim olunub.

alt menü