Azərbaycan İlahiyyat İnstitutunun Tələbə Elmi Cəmiyyəti (TEC) elmi tədqiqat və elmi-təşkilati işlərdə fəal iştirak edən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır.
TEC-in məqsəd və vəzifələri:
TEC-in əsas məqsədi alitəhsilli mütəxəssis hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında İnstitutun işinə kömək etməkdən ibarətdir.
– tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
– elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq, tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
– tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
– tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması;
– tələbələrə elmi-texniki və iqtisadi məsələlərin müstəqil həlli yollarının üsul və vasitələrinin öyrədilməsi;
– istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;
– elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
– digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işinə tətbiq edilməsi;
– müxtəlif səviyyəli tədbirlərin – elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;
– tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması;
– innovasiya vərdişlərinin formalaşması məqsədilə tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi;
– tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi;
– İnstitut və institutdankənar elmi tədbirlər haqqında məlumatların toplanması, yayılması və İnstitutun internet səhifəsində yerləşdirilməsinin təşkil edilməsi.
Azərbaycan İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin tərkibi:
1. İnstitutun ştatdankənar müəllimi, Vüqar Həsən oğlu Səmədov – sədr.
2. Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Nurullah oğlu Məmmədov – sədr müavini.
3. İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həcəf oğlu Həbibov – üzv.
4. İnstitutun 1-ci tədris ili magistr tələbəsi Mehrab Fəxrəddin oğlu Dəmirzadə – üzv.
5. İnstitutun 4-cü tədris ili tələbəsi Azanə Şahin qızı Əhmədova – üzv.
6. İnstitutun 4-cü tədris ili tələbəsi Elşən Mehman oğlu Allahverdiyev – üzv.
7. İnstitutun 4-cü tədris ili tələbəsi Aysel Arif qızı Abdullayeva – üzv.
8. İnstitutun 4-cü tədris ili tələbəs Elmir Yadulla oğlu Vəliyev – üzv.