Elmi nəşrlər
Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.
Ən son yayımlanan nəşr
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərovun “Azərbaycanda dövlət-din münasibətləri” adlı kitabı nəşr olunub.
Monoqrafiyada Azərbaycanda dövlət-din münasibətlərinin tarixi nəzəri və hüquqi aspektlərdən tədqiq edilir. Azərbaycanda dünyəvilik prinsipinin tarixi kökləri araşdırılır, müasir dövrdə bəşəriyyətdə mövcud dövlət-din münasibətlərinin modelləri müqayisə edilir. Əsərdə, həmçinin müstəqillikdən sonra Azərbaycan Respublikasında din siyasətinin prioritetləri, əsas amilləri və bu siyasətin dinamikliyi müəyyənləşdirilir.
Digərləri
İslam maliyyə sistemləri və onun Azərbaycandakı perspektivləri
2023“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium
2022"Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa" respublika elmi konfransının materialları
2022"İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpozium materialları (məqalələr) II cild
Bakı 2021"İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpozium materialları (məqalələr)
2021“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr”
Bakı 2021İzahlı dini terminlər lüğəti
2020“Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda keçirilmiş Simpoziumun materialları
İstanbul 2020"Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri" mövzusunda keçirilmiş konfransın materialları
2020İzahlı İslam fəlsəfəsi terminləri lüğəti
Bakı 2020"Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni" mövzusunda konfransın materilları
Bakı 2019Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX - XX əsrlər)
Bakı 2019