İlahiyyat, təkcə öz tarixi-mədəni köklərinin dərkinə aparan yol, ona açılan bir qapı deyil. O, eyni zamanda, digər konfessiyalara məxsus insanların mənəvi dəyərlərinə hörmət və tolerant münasibəti öyrədən zəruri elm sahəsidir.
Azərbaycan İlahiyyat İnstitutunun yaradılması müstəqil dövlətçilik tariximizdə din sahəsində qəbul edilmiş ən ciddi qərarlardan biridir. Biz bu məsuliyyətin yükünü anlayır, cənab Prezidentin göstərdiyi etimadı, xalqımızın bizə bəslədiyi inam və ümidi doğrultmaq üçün səylə çalışırıq.