Doktorantura

Doktoranturaya qəbulu həyata keçirən müəssisə sənədlərin qəbul qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində elan yerləşdirir.

Qəbul zamanı aşağıdakı fənlərdən imtahanlar verilir:


- Xarici dil (rus dili istisna olmaqla, seçim sərbəstdir);

- Fəlsəfə (magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində);

- İxtisas fənni.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (rektorun adına);
- kadrların şəxsi qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Sənədlərin qəbulu üçün İnstitut rektorunun sədrliyi ilə Qəbul Komissiyası yaradılır. Qəbul komissiyası fakültə, kafedra, şöbə rəhbərləri, aparıcı əməkdaşlar və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən təşkil olunmalıdır.
İnstitutun rektoru tərəfindən yaradılan komissiya İxtisas fənnindən qəbul imtahanını həyata keçirir. Komissiyanın tərkibində müvafiq ixtisas üzrə, ən azı, iki elmlər doktoru və ya professor olmalıdır; nəzərdə tutulan rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.Doktoranturaya qəbul olunmaq istəyən şəxslərin ixtisas uyğunluğu Qəbul Komissiyası tərəfindən
müəyyən edilir.

alt menü