İnstitutun fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsinin təmin edilməsi;
Daxili normativ sənədlərin hazırlanması və hazırlanmasına nəzarət edilməsi;
İnstitutda müqavilə tərtibat işinin, iddia və tələblər üzrə işlərin təşkil edilməsi;
İnstitutun hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin edilməsi;
Hüquqi təhlil və ekspertiza işinin təşkil edilməsi və həyata keçirilməsi;
Təşkilatın struktur bölmələrinə və işçilərinə hüquqi məsələlər üzrə göstərişlərin və məsləhətlərin verilməsi.
Hüquqşünasın əmək funksiyaları:
İnstitutda qanunvericiliyin tələblərinin gözlənilməsini, müəssisənin və işçilərin qanuni hüquqi maraqlarının müdafiəsini təmin edir.
İnstitutda hazırlanmış layihələrin qanunvericiliyin tələblərinə uyğunluğunu təmin edir, bu sənədlərin hazırlanmasında iştirak edir.
İnstitutda əmək intizamını möhkəmləndirmək üçün tədbirlərin həyata keçirilməsində iştirak edir.
İnstitut tərəfindən verilmiş əmrlərin və hüquqi aktların tətbiqi ilə bağlı icraçılara məsləhətlər verir.