Azərbaycan İlahiyyat İnstitutunun Tədris-Metodiki Şurası (TMŞ) tədris-tərbiyə prosesinin keyfiyyətini və onun elmi-metodiki təminatını yüksəltməyə xidmət edən istiqamətverici məsləhət orqanıdır. TMŞ rektorun qərar və əmrlərinə, həmçinin Əsasnaməyə uyğun fəaliyyət göstərir.
TMŞ-nın işinin prioritet istiqamətləri aşağıdakılardır:
- İnstitutun tədris prosesində iştirak edən struktur bölmələrinin fəaliyyətinin koordinasiyası;
- Ali təhsilli mütəxəssis hazırlığının çoxpilləli sisteminin, tədris standartları və tədris planlarının ekspertizası;
- İnstitut üzrə müvafiq fənn proqramlarının təsdiqi;
- İnstitutda ixtisasların seçilməsi, ixtisaslaşma işinin hazırlığının elmi əsaslandırılması;
- Tədris prosesinin keyfiyyəti və gedişi haqqında materialların toplanması və analizi, onların təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması və tətbiqi;
- Tədris olunan bütün fənlər üzrə tələbələrin bilik keyfiyyətlərinə nəzarətin forma və üsullarının müəyyənləşdirilməsi;
- Tələbələrin müstəqil işlərinin (müəllimin rəhbərliyi ilə) planlaşdırılması və elmi-metodiki təminatı.
Tədris Metodiki Şuranın tərkibi:
Camalov Mübariz Məhəmmədəli oğlu – sədr.
Şirinov Aqil Muxtar oğlu – üzv.
Əliyeva Zərifə Əliqaib qızı – üzv.
Tağıyev Kövsər Yusif oğlu – üzv.
Əzizova Elnurə Akif qızı – katib.
Niyazov Əhməd Seyful oğlu – üzv.
Əlimuradov İlkin Ənvər oğlu – üzv.
Abuzərov Namiq Gülbala oğlu – üzv.