Kadrlar şöbəsi

Kadrlar üzrə mütəxəssisin fəaliyyət istiqamətləri:

İşçi heyətinin idarəedilməsi prosesinin təkmilləşdirilməsi;
Kadr uçotunun aparılması;
Rektorun əmrlərinə əsasən işçilərin işə qəbulu, başqa işə keçirilməsi, işdən azad edilməsinin sənədləşdirilməsi;
İşçilərin hərbi mükəlləfiyyət, səfərbərlik və xidmətlə bağlı məsələlərinin sənədləşdirilməsi.
İşçilərin hüquqlarının məhdudlaşdırılmaması, əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməməsi.

Kadrlar üzrə mütəxəssisin əmək funksiyaları:

Kadr siyasətinin müəyyənləşdirilməsi;
Məşğulluq mərkəzi ilə əlaqə yaradılması, onlara müraciət edilməsi;
Əmək qanunvericiliyinə uyğun olaraq işçilərin işə qəbulu, başqa işə keçirilməsi, işdən azad edilməsi, ezamiyyətə göndərilməsi, məzuniyyətə çıxarılması və işçi heyəti ilə bağlı digər məsələlərin sənədləşdirilməsi;
Şəxsi heyətin uçotunun aparılması;
Əmək kitabçalarının doldurulması, saxlanması və əmək münasibətlərinə xitam verilərkən işçiyə təhvil verilməsi;
Məzuniyyət cədvəlinin tərtib edilməsi;
Vəzifə ilə bağlı arayışların hazırlanması və işçiyə təqdim edilməsi;
Əmək qabiliyyətinin itirilməsi ilə bağlı sənədlərlə işin aparılması;
Əmək intizamının təhlili;
Kadr məsələləri ilə bağlı işçilərin şikayətlərinə baxılması, onları yaradan səbəblərin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi;
İnstitutun struktur bölmələri ilə birlikdə işçilərin mükafatlandırılması, maddi və (və ya) intizam məsuliyyətinə cəlb edilməsi üçün sənədlərin hazırlanması;
Hərbi mükəlləfiyyətlə bağlı məsələlərin uçotunun aparılması, səfərbərlik və hərbi xidmətə çağırışla bağlı müvafiq təşkilatlarla əlaqə yaradılması;
Pensiya yaşına çatan işçilərin siyahısının müvafiq təşkilatlara göndərilməsi.

Şəhla Əliyeva

mütəxəssis
alt menü