Elmi şura

“Azərbaycan İlahiyyat İnstitutunun Elmi Şurası haqqında Əsasnamə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 07.03.2025-ci il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə” uyğun hazırlanmışdır və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən yaradılan Azərbaycan İlahiyyat İnstitutunun Elmi Şurasının (bundan sonra – Elmi Şura) yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.

İnstitut Elmi Şurasının üzvləri:

1. Elmi Şuranın sədri – Azərbaycan İlahiyyat İnstitutunun (İnstitut) rektoru Aqil Muxtar oğlu Şirinov.
2. Elmi Şuranın sədr müavini – Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Mübariz Məhəmmədəli oğlu Camalov.
3. Elmi Şuranın üzvü – Elm və innovasiyalar üzrə prorektor Mirniyaz Mürsəl oğlu Mürsəlov.
4. Elmi Şuranın üzvü – Ümumi işlər üzrə prorektor Bəhruz Hüseyn oğlu Qoçəliyev.
5. Elmi Şuranın katibi – Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Ənvər oğlu Əlimuradov.
6. Elmi Şuranın üzvü – İlahiyyat fakültəsinin dekanı Elnurə Akif qızı Əzizova.
7. Elmi Şuranın üzvü – İnstitut Həmkarlar İttifaqı Komitəsinin sədri Ənvər Ramazan oğlu Mustafayev.
8. Elmi Şuranın üzvü – İnstitut Tələbə Elmi Cəmiyyəti (TEC) Şurasının sədri Vüqar Həsən oğlu Səmədov.
9. Elmi Şuranın üzvü – Bakı İlahiyyat Kollecinin direktoru Mehman Qurban oğlu İsmayılov.
10. Elmi Şuranın üzvü – Tələbə Gənclər Təşkilatının sədri Murad Vahid oğlu Mehrəliyev.
11. Elmi Şuranın üzvü – Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elgün Həbib oğlu Rəhimli.
12. Elmi Şuranın üzvü – Tələbələrin ümumi iclasında seçilmiş üzv Murad Akif oğlu Zalov.

alt menü