“İlahiyyat” ictimai fikir jurnalı”

“İlahiyyat” ictimai fikir jurnalı” 14.03.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestri”nə (4225) daxil edilmişdir. Təsisçisi Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) olan jurnalın ilk nömrəsi 06 iyun 2019-cu il tarixdə nəşr edilib. Jurnalın sözügedən nömrəsi 15 rubrika və 100 səhifədən ibarət idi. Jurnalın əsas məqsədi milli-mənəvi, dini, əxlaqi və multikultural dəyərləri əks etdirən məlumatları işıqlandırmaq, tolerantlığı, birlik və bütövlüyü təbliğ etməkdir. Jurnalda oxuculara, əsasən, dünya dinləri və onun bütün sahələrini (məzhəblər, cərəyanlar, din fəlsəfəsi) əhatə edən məqalələr təqdim olunur. Jurnalda, həmçinin fəlsəfə, ilahiyyat, psixologiya, sosiologiya, pedaqogika, məntiq və digər elm sahələrinə aid maarifləndirmə, tədqiqat xarakterli məqalələr, bədii ədəbiyyata, mədəniyyətə, tarixə və başqa sahələrə dair aktual, elmi-publisistik mətnlərə, müxtəlif tərcümə, araşdırma materiallarına da geniş yer verilir.

Jurnalın redaksiya heyəti İnstitutun əməkdaşlarıdır. Jurnal “A3” formatında çap edilir, rəngli şəkildə dərc olunur. Jurnalın ildə üç nömrəsinin dərc olunması nəzərdə tutulub.


Jurnalın nəşr qaydaları aşağıdakılardır:
1. Jurnala təqdim olunan yazılar heç yerdə nəşr edilməmiş materiallar olmalıdır.
2. Mətnlər elektron variantda, “A4” formatında, həcmi maksimum 6 səhifədən ibarət olmalıdır.
3. Təqdim olunan məqalələr redaksiya heyəti tərəfindən dəyərləndirildikdən sonra, dərc edilməsinə razılıq verilir.
4. Jurnala İnstitutun əməkdaşları ilə yanaşı, tələbələri də yazılar təqdim edə bilərlər. Məqalələr Ana dili ilə yanaşı, türk, ingilis, rus, ərəb və digər dillərdə də ola bilər.

“İlahiyyat” ictimai fikir jurnalı” həm dinşünaslıq və ilahiyyat sahəsi ilə məşğul olan tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

alt menü