Tədris şöbəsi

Azərbaycan İlahiyyat İnstitutunun strukturunda fəaliyyət göstərən aparıcı şöbələrdən biridir. Şöbənin missiyası İnstitutda təhsilin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsini və onun dünyanın mütərəqqi təhsil sisteminə inteqrasiyasını təmin etməkdir.


Şöbənin fəaliyyət istiqamətləri

  • Təhsil proqramlarının keyfiyyətinə, müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının səviyyəsinə nəzarəti həyata keçirir.
  • Fakültə və kafedralarda işin keyfiyyətinin təminatı məsələlərinin təşkilinə rəhbərlik edir.
  • Tədrislə bağlı bütün statistik məlumatların hazırlanmasına rəhbərlik edir.
  • Tədris ili üçün illik dərs yükünün planlaşdırılmasını, bölgüsünü, müəllimlərin illik tədris yükünün tələbələrin seçimi əsasında formalaşmasını, tədris planlarına uyğunluğunu yoxlayır və onların icrasına nəzarət edir.
  • Təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq üçün tələbələrlə görüşərək, onlarla sorğuların keçirilməsini təşkil edir.
  • Tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqi məqsədi ilə monitorinqlərin keçirilməsinə, sistemli təhlillər apararaq zəruri təkliflərin hazırlanmasına rəhbərlik edir.
  • Tədrisin təkmilləşdirilməsi məsələləri ilə bağlı konfrans, seminar və təlimlər təşkil edir.

Şöbənin strukturu

Leyla Salayeva

Tədris şöbəsinin müdiri

Aygün Şəhavətova

Baş mütəxəssis

Aişə Baxşıyeva

Mütəxəssis
alt menü