“Qonağınız müəllimlərinizdir” layihəsi

16 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarət davam edir.

Layihə çərçivəsində Aİİ İlahiyyat fakültəsinin dekanı, i.f.d., dos. Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri – f.f.d. Faiq Əhmədzadə, t.f.d., dos. Rəşad Mustafa Sabunçu, Nizami və Xətai rayonlarında yaşayan I tədris ili tələbələrindən bəzilərinin ailələrini ziyarət ediblər.

Valideynlərə Aİİ-də tələbələr üçün yaradılmış elm və təhsil mühiti, tələbələrin bilik və bacarıqlarının artırılmasına xidmət edən müxtəlif kurslar və həyata keçirilən inkişafetdirici layihələr haqqında məlumat verilib. Tələbələrin I tədris ilində əldə etdikləri nailiyyətlər, elmi və yaradıcılıq potensialı çərçivəsində onların gələcək perspektivləri üçün valideynlərlə fikir mübadiləsi aparılıb.

Aİİ rektoru, i.f.d., dos. Aqil Şirinov başda olmaqla, rəhbər və müəllim kollektivinin tələbələrə qayğısını yüksək qiymətləndirən valideynlər övladlarının gələcəkdə cəmiyyətə dini-mənəvi sahədə layiqincə xidmət edən peşəkar kadrlar kimi hazırlanmaları prosesində əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

alt menü