İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

22 İyul, 2022

Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq ixtisasına qəbul olmaq üçün müsahibədə iştirak etmək istəyən abituriyentlər 24 iyul saat 23:59-dək (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçə bilərlər.
Abituriyentlər buraxılış vərəqələrini 25-27 iyul tarixlərində çap edə biləcəklər. İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. Müsahibələr DPK tərəfindən aparılacaq.
Müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər. Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində islamşünaslıq ixtisasını qeyd edə biləcəklər. Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri, ənənəvi dəyərlərə sadiqlikləri, vəhdət anlayışına münasibətləri, dinin mənbələrinə münasibətləri, dini maariflənmə təlabatları, iman və dindarlığa münasibətləri, ibadət həyatları yoxlanılır.
Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşü¬nas¬lıq ixtisasını da seçə bilərlər.
DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.
III ixtisas qrupunun İslamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.
Dövlət İmtahan Mərkəzi tərəfindən bildirilib ki, hazırda III ixtisas qrupu üzrə ümumi və qəbul imtahanının ikinci mərhələsinin 1 ci cəhdinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyənlər qeydiyyatdan keçə bilərlər, digər abituriyentlər həm ümumi, həm də 2-ci cəhddə müsabiqə şərtlərini ödədikləri halda ərizə təqdim edə biləcəklər (imtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq).

alt menü