“İlahiyyatçı” qəzetinin növbəti buraxılışında

10 Yanvar, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin dekabr buraxılışı çap olunub.

Mətbu orqanın birinci səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarını Həmrəylik Günü ilə əlaqədar təbriki yer alıb.
Mətbu orqanın dekabr buraxılışında “Ulu Öndər Heydər Əliyev anılıb”; “Ümummilli Liderin məzarını ziyarət”; “Tələbələr Heydər məscidini ziyarət ediblər”; “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filminin nümayişi”; “Səfir qonağımız oldu”; “Tələbə seminarı”; “650 min ağac əkilməsi aksiyasına qoşulduq”; “Vikipediya” könüllüləri ilə görüş”; “Noyabr ayının yekunlarına həsr olunmuş iclas”; “Qurani-Kərimin üslub və ifadə tərzi”; “Azərbaycan İlahiyyat İnstitutu şahmat turnirinin qalibi olub”; “Tələbələr təşəkkürnamə və sertifikatla təltif edildilər”; “Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar”; “Həmrəyliyimiz: milli-dini birliyimiz”; “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini ziyarət”; “Tələbə Elmi Cəmiyyətinin hesabatı”; “Birinci kurs tələbələri dağ yəhudilərinin sinaqoqunda”; “Ailə və cəmiyyət” mövzusunda xütbə”; “İmtahan sessiyasına hazırlıqla bağlı iclas”; “Respublika elmi konfransı”; “Fərqlənənlər təltif edildilər”; “Tələbələr katolik kilsəsini ziyarət ediblər”; “Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələri”; “Azərbaycan kinoları nümayiş olunur”; “Konfransın materialları çap olunub”; Aİİ-nin müəllimi beynəlxalq konfransda iştirak edib”; “İnstitutumuzun dosenti xarici mətbuatda çıxış edib”; “Bilik yarışı keçirilib” başlıqlı İnstitutun fəaliyyəti haqqında xəbərlər dərc olunub.

Qəzetin üçüncü səhifəsində Aİİ-nin rektoru Ceyhun Məmmədovun ilin yekunları ilə bağlı “AZƏRTAC”a müsahibəsi dərc olunub.

Qəzetin səkkizinci səhifəsi “İlahiyyatçı” qəzetinin fəaliyyətə başlamasının 1 illik yubileyinə həsr olunub.

Mətbu orqanın müxtəlif səhifələrində Aİİ müəllimlərinin və əməkdaşlarının “Dinlər nə üçün mövcuddur, yaxud doğrudanmı, “dinin dövrü başa çatıb”?”; “Təşəkkür və şükür mədəniyyəti”; “Cəmiyyətdə və dində müəllim” başlıqlı yazılar yer alıb.

“İlahiyyatçı”nın növbəti səhifələrində Aİİ tələbələrinin “Dünyaya nə üçün gəldik?”; “Münasibətlər”; “Həmrəyliyimiz”; “Azərbaycan deyəndə ayağa qalx”malıyıq...”; “Xoşbəxtlik nədir?”; “Cəmiyyətə ilahiyyatı bilən gənclər lazımdır”; “Tusi yaradıcılığında əxlaqa dair əxz etdiklərim” başlıqlı məqalələri yer alıb.

Məlumat üçün bildirək ki, “İlahiyyatçı” qəzetinin nəşr olunmasında məqsəd İnstitutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə verməkdir.

alt menü