İlahiyyat İnstitutunda imtahan sessiyası

17 Yanvar, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri payız semestri qış imtahan sessiyasının gedişatını izləyiblər.

İctimai Nəzarət Şurasının üzvləri imtahan keçirilən auditoriyalarda olub, ayrı-ayrı fənlər üzrə yay imtahan sessiyasını müşahidə ediblər. Şura üzvləri tələbələrin sessiyaya hazırlıqları, sualların tərtibatı, imtahan prosesi barədə fikirlərini bölüşüblər.

Bildirilib ki, 2022-2023-cü tədris ili payız semestrinin qış sessiyasında imtahanların müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək, yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun təşkili üçün Operativ Qərargah yaradılıb. Eyni zamanda, imtahanların bir qayda olaraq yazılı, zərurət yarandığı hallarda isə şifahi formada keçirildiyi barədə Nəzarət Şurasının üzvləri məlumatlandırılıb. Qeyd olunub ki, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili məqsədilə İnstitut rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb, imtahanlara nəzarət müəllim-koordinatorlar tərəfindən həyata keçirilir. İmtahanlar arasında iki gündən az olmayan müddət təyin edilib, imtahana vaxt isə iki saat ayrılıb.

İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, İnstitut ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşların və təhsil alanların hüquqlarının müdafiəsi və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.

alt menü