Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının “Microsoft Teams” platforması üzərindən iclası keçirilib

11 İyul, 2020

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının “Microsoft Teams” platforması üzərindən iclası keçirilib.
İclasda pandemiya dövründə tədrisin təşkili, keçirilməsi, yay imtahan sessiyasının nəticələri müzakirə olunub. Onlayn təhsilin strateji istiqamət imkanları, tədrisin və kafedra əməkdaşlarının elmi tədqiqat işlərinin vəziyyəti, dərslik və dərs vəsaitlərinin hazırlaması prosesi müzakirə olunub.
İclas zamanı kafedra müəllimləri onlayn tədrisin keyfiyyətinin artırılması istiqamətində öz təcrübələrini bölüşüblər, tədrisin səmərəliliyinə təsir edən müxtəlif amilləri qeyd ediblər. Mövcud vəziyyət davam edərsə, növbəti tədris ili üçün hazırlıq prosesinin aparılması, tələbələrin tədris prosesində maksimum fəallığının təmin edilməsi üçün müxtəlif təkliflər səsləndirilib. Yay mövsümü xüsusi karantin dövrünə təsadüf etdiyindən, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün kafedra müəllimlərinin tövsiyələri dinlənilib.
Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutunda 2019-2020-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası sona çatıb. Beş həftə davam edən sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən onlayn formatda şifahi formada keçirilib.

alt menü