Yeni tədris ilində Elmi Şuranın ilk iclası keçirilib

18 Sentyabr, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Elmi Şuranın iclası keçirilib.

İclasda gündəlikdə duran məsələlər, İnstitutun gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.

Aİİ rektoru, dosent Aqil Şirinov bildirib ki, ali təhsil müəssisəsinə tələbə qəbulu prosesi uğurla başa çatıb. Daha sonra qeyd edib ki, bu il “İslamşünaslıq” ixtisasına 50, “Dinşünaslıq” ixtisasına 30 plan yeri ayrılmışdı. Hər iki ixtisas üzrə plan yerləri 100 faiz dolub. Bu, ali təhsil müəssisəsi üçün önəmli hadisədir.

İnstitut rəhbəri vurğulayıb ki, müəssisədə yeni tədris ilinə hazırlıq davam edir, proses yekunlaşmaq üzrədir.

İclasda Elmi Şuranın 2023-2024-cü tədris ili üçün İş planı müzakirə və təsdiq edilib.

Yeni dərs ilində tədris prosesinin hazırkı vəziyyəti, dərs yüklərinin bölüşdürülməsi, cari məsələlərə dair İnstitutun fakültə, kafedra və digər struktur bölmələrinin hesabatları dinlənilib.

alt menü