“Ünsiyyət bacarıqları və stressin idarə olunması” mövzusunda təlim

21 Dekabr, 2021

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ünsiyyət bacarıqları və stressin idarə olunması” mövzusunda təlim keçirilib.

Sosial Xidmətlər Agentliyi Övladlığagötürmə Departamentinin müdiri, sosioloq Cahid İmamoğlunun təqdimatında baş tutan təlimdə İnstitutun əməkdaşları iştirak ediblər.
Təlimdə ünsiyyət üslubları, danışıqlar, aktiv dinləmə, sual vermə, nitq və s. meyarlar üzrə müzakirələr aparılıb. Həmçinin, iş mühitində stressin nəzərdən keçirilməsi, stressi idarə etmək və qarşısını almaq üçün effektiv strategiyalar barədə danışılıb.

Təlim interaktiv-praktiki tapşırıq, qrup işi və müzakirələr şəklində keçirilib.

alt menü