Kafedra müdiri beynəlxalq konfransda iştirak edib

01 Noyabr, 2023

Rusiya Federasiyası Bolqar İslam Akademiyasında 30 oktyabr – 1 noyabr 2023-cü il tarixlərində “Müasir təhsil sistemində İslam teologiyası: problemlər və perspektivlər” mövzusunda III beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov iştirak edib. O, “Azərbaycanda İslam elmlərinin tədrisi: ənənəvilik və müasir aspektlər” mövzusunda məruzə ilə çıxış edib. Ə.Niyazov təmsil etdiyi ali təhsil müəssisəsində İslam elmlərinin tədris üsulları barədə geniş məruzə edib.

alt menü