İlahiyyat İnstitutunun müəllimi Dillər Universitetində məruzə ilə çıxış edib

02 Noyabr, 2023

Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və din” mövzusunda “dəyirmi masa” keçirilib.

Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva açılış nitqi ilə çıxış edərək, ulu öndər Heydər Əliyevin xalqımızın dini tədbirlərinə tez-tez qatıldığını, onlarla dövlət-din münasibətlərinin incəliyi haqqında söhbətlər etdiyini nəzərə çatdırıb.

Azərbaycan İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının müəllimi, dosent Məmmədəli Babaşlı “Ümummilli Lider və Azərbaycanda dövlət–din münasibətlərinin tənzimlənməsi prosesi” mövzusunda məruzə ilə çıxış edib.

Dosent ulu öndər Heydər Əliyev hakimiyyətə yenidən qayıtdıqdan sonra, Azərbaycanın bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də yeni mərhələyə qədəm qoyduğunu, dini və milli dəyərlərin dirçəlişi prosesinin sürətləndiyini vurğulayıb, həmçinin dini etiqad azadlığı haqqında geniş məlumat verib.

alt menü