İlahiyyat İnstitutunun rektoru İsveçrə Konfederasiyasında beynəlxalq simpoziumda çıxışı

20 Oktyabr, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov İsveçrə Konfederasıyasının Cenevrə şəhərində təşkil olunan “Birlikdə yeni körpülərin qurulması: keyfiyyətli təhsilin əsasında mənəviyyat və dəyərlər” mövzusunda beynəlxalq simpoziumda paneldə çıxış edib.

“Ali təhsil və beynəlmiləlləşmə” mövzusunda təşkil olunan paneldə Aİİ rektoru Aqil Şirinov “Dözümsüzlüyün aradan qaldırılmasında dini təhsilin rolu: Azərbaycan İlahiyyat İnstitutu təcrübəsində” adlı məruzə edib. A.Şirinov çıxışında din təhsilinin formaları haqqında danışarkən təmsil etdiyi ali təhsil müəssisəsinin tədris prosesi barədə geniş məlumat verib. İnstitutda təhsil iki istiqamət – islamşünaslıq və dinşünaslıq üzrə həyata keçirilir.

Aİİ-də tədris olunan fənlər haqqında məlumat verən rektor vurğulayıb ki, İnstitutda teoloji təhsildə İslamın müəyyən bir məktəbi əsas götürülmür, bütün İslam məktəblərinin görüşləri haqqında təsviri biliklər verilir. Demək olar ki, Azərbaycan İlahiyyat İnstitutundakı tədris metodu bu baxımından müsəlman dünyasındakı təhsil müəssisəsələri arasında unikal modellərdən biridir. Həmçinin böyük dünya dinləri haqqında da deskriptiv metodla məlumat veririlir.

Qeyd edək ki, “Globethics.net” qlobal təhsil müəssisələri şəbəkəsi, Cenevrə Mənəvi Xidmət Dərnəyi və Cenevrə Geostrateji Müşahidə Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunan beynəlxalq konfransda Almaniya, İsveçrə, Bolqarıstan, Fransa, Böyük Britaniya, Portuqaliya, İsveç, Kuba, Kolumbiya, Argentina, ABŞ, Hindistan, Vyetnam, İndoneziya, Livan, Filippin, Nigeriya, Kenya, Efiopiya, Mərakeş, Əlcəzair, Mavriki, Malavi, Cənubi Afrika, Toqo, Qana, Ruanda dövlətlərindən nümayəndələr iştirak ediblər.

alt menü