Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırır

12 Oktyabr, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda davam edir. Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müəllimləri – AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, dosent Məmmədəli Babaşlı və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun məqalələri Misir mətbuatında dərc olunub.
Məqalələrdə Ermənistanın 27 sentyabr 2020-ci il tarixdən Azərbaycana qarşı başlayan növbəti təxribatı, hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda yerləşən məntəqələrdə, xüsusilə Gəncədə törədilən terror aktları nəticəsində günahsız mülki insanların qətlə yetirilməsi barədə məlumat verilib.
Qeyd edək ki, Ermənistanın 27 sentyabr 2020-ci il tarixdən Azərbaycana qarşı başlayan növbəti təxribatının qarşısı Azərbaycanın Şanlı Ordusu tərəfindən qətiyyətlə alınır. Belə ki, ordumuzun əks-hücumları nəticəsində illərdir, düşmən işğalında olan Qarabağ torpaqları qəhrəmancasına aparılan mübarizə nəticəsində geri qaytarılır.

ətraflı:

https://bit.ly/3iLGcg2

https://bit.ly/33KKaBj

alt menü