Aİİ tələbələri dini ibadət məkanlarını ziyarət ediblər

04 Noyabr, 2026

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri dinlər tarixi fənninin tədrisi çərçivəsində “Məryəm Ana” katolik və Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral kilsələrini ziyarət ediblər.

Dinlər tarixi fənnini tədris edən fəlsəfə üzrə fəlsəfə doktoru Aliyə Mürsəlova ziyarət zamanı tələbələri müşayiət edib. Səfər vaxtı ziyarətçilər dini icmaların yerləşdikləri məkanlar, onların ənənələri və digər ibadət xüsusiyyətləri ilə yaxından tanış olublar.

Görüşlər zamanı inancların əsasları və ibadətləri, eləcə də Azərbaycanda müxtəlif dini konfessiyaların birgəyaşayış təcrübəsi barədə məlumat verilib. Tələbələr onları maraqlandıran məsələlər haqqında suallar ünvanlayıb, ziyarət etdikləri dini məkanların tarixi və fəaliyyəti ilə bağlı məlumatlar əldə ediblər.

Qeyd edək ki, Aİİ-də tələbələrin nəzəri biliklərinin praktiki müşahidələrlə tamamlanması, müxtəlif dinlər və onların ənənələri haqqında təsəvvürlərin genişləndirilməsi məqsədilə ibadət məkanlarına, dini və mədəni irs nümunələrinə səfərlər təşkil olunur.

alt menü