Aİİ-nin Qəbələdə “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda təşkil etdiyi “Qış məktəbi” başa çatıb

07 Fevral, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunun Nic qəsəbəsində təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi” başa çatıb.

“Qış məktəbi” layihəsinin həyata keçirilməsində əsas məqsəd tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün zənginləşdirilməsi və layiqli vətəndaş olaraq yetişməsinə töhfə verməkdir.

“Qış məktəbi”nin sonuncu günü bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən Aqil Şirinov tələbələrə uğurlar arzulayıb. Təşkil edilən proqramın tələbələr üçün böyük şans olduğunu nəzərə çatdıran A.Şirinov onlara ilahiyyat sahəsində biliklərini zənginləşdirməyi, bu imkanlardan maksimum yararlanmağı tövsiyə edib. Cəmiyyətimizi xurafatdan, mövhumatdan uzaq, saf, düzgün dini biliklərlə maarifləndirməyin əhəmiyyətinə toxunan Aqil Şirinov tələbələri milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində fəal olmağa çağırıb.

Daha sonra A.Şirinov Qəbələnin Nic qəsəbəsində təşkil edilən “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi”nin əhəmiyyətinə toxunub, burada yaşayan udilərlə yaxından ünsiyyətin, eyni zamanda, bu tarixi məkanda mövcud olan qədim abidələrimizlə tanışlığın xüsusi səciyyə daşıdığını qeyd edib.
“Qış məktəbi” iştirakçıların mükafatlandırılması və sertifikatların təqdim olunması mərasimi ilə yekunlaşıb.

Qeyd edək ki, layihə çərçivəsində tələbələr üçün müxtəlif seminar və ziyarətlər, film nümayişləri, əyləncəli oyunlar təşkil edilib.

alt menü