“Yad” əsəri müzakirə edilib

07 May, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin iştirakı ilə Albert Kamyunun "Yad" əsərinin müzakirəsi keçirilib.
Aİİ Dinşünaslıq kafedrasının müəllimləri – f.f.d. Aliyə Mürsəlovanın və Daşdəmir Mahmandarovun iştirakı ilə baş tutan müzakirədə ekzistensializm və onun əsas təmsilçilərindən biri olan A.Kamyunun düşüncə sistemi, “Yad” əsərinin məzmunu və əsas mövzusundan, məşhur yazıçı və filosofun bu əsərlə nə demək istədiyi, xoşbəxtliyi hansı dəyərlə ölçdüyü barədə söhbət açılıb.
Qeyd edək ki, Aİİ-də təşkil edilən müxtəlifməzmunlu tədbirlərin əsas məqsədi – tələbələrin intellektual səviyyələrinin, mənəvi dünyalarının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, tarixə, milli-mənəvi dəyərlərə bağlılıqlarının formalaşdırılmasına töhfə verməkdir.

alt menü