"Türk Dünyası" (Turkic.World) media platforması və Azərbaycan İlahiyyat İnstitutu tərəfdaşlıq memorandumu imzalayıb

26 Dekabr, 2022

Türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (Turkic.World) və Azərbaycan İlahiyyat İnstitutu tərəfdaşlıq memorandumu imzalayıb.

Memorandum Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu və Azərbaycan İlahiyyat İnstitutu rektoru Aqil Şirinov arasında imzalanıb.

Memoranduma əsasən, "Turkic.World" media layihəsi Azərbaycan İlahiyyat İnstitutunun rəsmi media tərəfdaşı olub.

İmzalanan memorandum çərçivəsində "Turkic.World" media platformasında institutla bağlı xəbərlər dərc olunacaq, bununla yanaşı, media layihəsində institutun professor və müəllim heyəti ekspert və şərhçi qismində çıxış edəcəklər.

Qeyd edək ki, "Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend BİA və Türkyənin “Albayrak” Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.

alt menü