İlahiyyat İnstitutunda “Film saatı” layihəsinə start verilib

15 Mart, 2024

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Film saatı” layihəsinə start verilib.

Həftənin şənbə günləri tələbələr üçün ekran əsərlərinin təqdim olunmasında məqsəd gənclərə milli-mənəvi dəyərlərimizin aşılanmasına, onların vətənpərvərlik ruhunda yetişməsinə, intellektual səviyyələrinin, dünyagörüşlərinin artırılmasına dəstək verməkdir.

Ötən şənbə tələbələrimiz ali təhsil müəssisəsinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Aliyə Mürsəlova ilə birlikdə “Nəsimi” filminə tamaşa ediblər.

Qeyd edək ki, layihənin mart ayı üçün kinoafişası tələbələrimizə təqdim olunub.

Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsi tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyələrinin, mənəvi dünyalarının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, dünyagörüşlərinin artırılması, o cümlədən fərdi özünü ifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.

alt menü