İlahiyyat İnstitutu “Dost xonçası” aksiyasına qoşuldu

14 Mart, 2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibəti ilə başlatdığı “DOST xonçası” kampaniyasına Azərbaycan İlahiyyat İnstitutu olaraq biz də qoşulduq.
Kampaniya çərçivəsində Binəqədi rayonunda tənha yaşayan 83 yaşlı Validə Mahmudovanı ziyarət edərək, Azərbaycan İlahiyyat İnstitutunun kollektivi adından bayramını təbrik etdik.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi bu xeyirxah aksiyada məqsəd tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını aşılamaq, nəsillərdən nəsillərə ötürülən bu adət-ənənəmizi qoruyub saxlamaqdır.
Azərbaycan İlahiyyat İnstitutu olaraq “DOST xonçası” adlı aksiyaya qoşularaq, növbəti mərhələdə aksiyanı davam etdirməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna ötürdük.

alt menü