Beynəlxalq simpoziumun materialları çapdan çıxıb

27 Oktyabr, 2023

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) və Türkiyənin Kırıkkale Universitetinin birgə təşkil etdikləri “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda I Beynəlxalq Simpoziumun materialları çapdan çıxıb. İki cilddə çap olunan kitabda müxtəlif ölkələrin elm adamlarının 50-dən artıq məqaləsi yer alıb.

Qeyd edək ki, “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda I Beynəlxalq Simpozium 20-21 sentyabr 2022-ci il tarixlərində Bakıda, 5-7 oktyabr tarixlərində isə Türkiyənin Kırıkkale şəhərində keçirilib.

Məlumat üçün bildiririk ki, Simpoziumun keçirilməsində məqsəd – İslam mədəniyyəti kontekstində fərqli din nümayəndələrinin birgəyaşayışı ilə bağlı vəziyyəti müzakirə etmək; müsəlman cəmiyyətləri arasında bu istiqamətdə mövcud təcrübələrdən yararlanmaq və onları təşviq etmək; müvafiq sahə üzrə mütəxəssis və araşdırmaçıların verdikləri töhfələri üzə çıxarmaq, qorumaq və gələcək nəsillərə ötürmək; həmin istiqamətdə elmi, siyasi, ictimai və fərdi tədqiqatların artırılmasına zəmin yaratmaqdır.

alt menü