Azərbaycan İlahiyyat İnstitutunun tələbələri 650 min ağac əkilməsi aksiyasında iştirak ediblər

06 Dekabr, 2019

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bu gün 650 min ağac əkilir. Ağacəkmə aksiyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları, o cümlədən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri iştirak edirlər.

Prezident İlham Əliyevin Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi İli” elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrdə Vətənə məhəbbət, onu qorumaq və mühafizə etmək; əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə mənəvi dəstək olmaq; mədəni-tarixi sərvətləri qorumaq; gəncləri daha ətraflı məlumatlandırmaqla cəmiyyətdə sosial və ekoloji məsuliyyət anlayışını gücləndirmək; multikulturalizm və tolerantlığın təbliği məqsədilə müxtəlif layihələr həyata keçirir.

alt menü