Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq konfransda çıxış edib

02 Avqust, 2021

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov Beynəlxalq Tərcümə Birliyinin təşkilatçılığı ilə keçirilən Dillər və tərcümə üzrə beynəlxalq konfransda onlayn formatda iştirak edib.

İlkin Əlimuradov konfransda “Azərbaycan və ərəb dilləri arasında tərcümə fəaliyyətləri: təcrübə və problemlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycan İlahiyyat İnstitutunun təsis edilməsi, bazası və fəaliyyəti; ərəb dilinin əhəmiyyəti; ərəb dilinin tədrisi; ölkəmizdə ərəb dilinin, ədəbiyyatının, tarixinin və mədəniyyətinin öyrənilməsi; mövzu ilə əlaqədar yazılmış və tərcümə edilmiş kitablar; tərcümə sahəsinin aktual problemləri; azərbaycanlı tərcüməçinin qarşısında duran vəzifələr və s. mövzular haqqında bəhs edib.

Konfrans 11 paneldən təşkil olunub, 50 müxtəlif dil daşıyıcısı olan 80 məruzəçinin çıxışları dinlənilib.

alt menü