Azərbaycan İlahiyyat İnstitutunda inşa müsabiqəsi keçirilib

27 Sentyabr, 2021

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbələr arasında 27 sentyabr – Anım Gününə həsr edilmiş inşa müsabiqəsi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu” sözlərinə həsr olunmuş müsabiqədə qaliblər seçilib.
Müsabiqənin qalibləri mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində Şanlı Qələbəmizin canlı şahidi olan gənclərə milli-mənəvi dəyərlərimizin aşılanması, onlarda vətənpərvərlik hissinin yüksəldilməsi, dövlətçilik, Vətənə sevgi hissinin daha da gücləndirilməsidir.

alt menü