TİKA koordinatoru İlahiyyat İnstitutunda olub

14 İyul, 2023

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) koordinatoru Fatih Yılmaz Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Aİİ-nin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov qonağı ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. M.Camalov İnstitut haqqında geniş məlumat verərək bildirib ki, burada “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisasları üzrə tədris həyata keçirilir.

Prorektor daha sonra ali təhsil müəssisəsinin məqsəd və hədəfləri, yeni layihələri barədə geniş söhbət açıb.

TİKA koordinatoru Fatih Yılmaz Aİİ-də olmaqdan məmnunluğunu ifadə edib, Azərbaycanda həyata keçirdikləri bir sıra layihələr haqqında söhbət açıb. Bildirib ki, İnstitutla TİKA arasında qurulan münasibətlər gələcəkdə yeni layihələrin həyata keçirilməsi üçün başlanğıcdır.

Görüşdə birgə layihələrin baş tutması istiqamətində geniş müzakirələr aparılıb.

alt menü