İnstitut tələbələri kilsəni ziyarət ediblər

01 Noyabr, 2022

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Dinşünaslıq” ixtisası üzrə təhsil alan ΙΙ kurs tələbələri ali təhsil müəssisəsinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Aliyə Mürsəlovanın müşayiəti ilə Bakıdakı Ali-Mələk Mikayıl Kilsəsini ziyarət ediblər.

Kilsənin ziyarəti ölkəmizin dini müxtəlifliyinin öyrənilməsi çərçivəsində baş tutub.

Rəbbin Günü ibadətinin sonunda kilsənin baş keşişi, protoiyerey Mefodiy Əfəndiyev qonaqları səmimiyyətlə qarşılayıb və tələbələrə “sual-cavab” formatında Xristianlığın yaranması, əsasları, pravoslav kilsəsinin quruluşu, yerinə yetirilən ibadətlər və s. haqqında danışıb.

Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsi tələbələrin dünyagörüşlərinin, intellektual səviyyələrinin, mənəvi dünyalarının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilmələri, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl seminarlar, konfranslar, görüşlər, səfərlər və kurslar təşkil edir.

alt menü