“Beynəlxalq İslam sufizmi” adlı ingilisdilli elmi-araşdırmalar jurnalı nəşr edilib

25 Avqust, 2021

Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbərliyi ilə təsis edilən “Beynəlxalq İslam sufizmi” adlı ingilisdilli elmi-araşdırmalar jurnalı nəşr edilib.

İslam təsəvvüfü elmi tədqiqatlarının nəticələrini əks etdirən jurnalın baş redaktoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovdur. Beynəlxalq standartlara tam cavab verən jurnalın redaksiya heyəti və ikili anonim rəyçi qrupu bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb.

“Beynəlxalq İslam sufizmi” jurnalı İslam təsəvvüfü sahəsindəki elmi yeniliklərlə bağlı tədqiqatçılar, tələbələr və oxucuların müzakirə aparmaları üçün əlaqələndirici platforma rolunu oynayır. Jurnal İslam təsəvvüfü ilə bağlı yaranan aktual akademik məsələlərə cavab vermək və bu sahənin daha da inkişafına dəstək olmaq məqsədilə nəşr edilir.

Qeyd edək ki, jurnal ildə iki dəfə ingilis dilində dərc ediləcək.

alt menü