Doktoranturaya sənəd qəbulu

10 Aprel, 2023

Azərbaycan İlahiyyat İnstitutu Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu elan edir. Sənədlərin qəbulu elektron qaydada 12 aprel-16 may 2023-cü il tarixlərində nəzərdə tutulmuşdur. Doktoranturaya müraciət etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və təhsil Nazirliyinin portal.edu.az saytına daxil olub, orada "Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçə bilərlər.

Əlaqə nömrəsi: +994 12 436 77 66 (daxili: 118; 117)
E-mail: [email protected]; [email protected]

alt menü