“İslam və elm” mövzusunda müzakirələr aparılıb

15 March, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə “ZOOM” platforması üzərindən vebinar təşkil olunub. Vebinarda Malayziya Beynəlxalq İslam Universiteti (IIUM) Beynəlxalq İslam Təfəkkürü və Sivilizasiyası İnstitutu (ISTAC) əl-Qəzali Epistemologiya, mədəni tədqiqatlar və təcdid kafedrasının müdiri, professor Osman Bakar “İslam və elm” mövzusunda məruzə ilə çıxış edib.
Görüşdə Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov, Aİİ rəhbərliyi, İnstitutun müəllim və əməkdaşları iştirak ediblər.
Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizovanın moderatorluğu ilə baş tutan görüşdə professor Osman Bakar İslam ilə elm arasında münasibətlər, İslam dünyasında elmi fəaliyyətlərin tarixi, İslam düşüncəsində elmin rolu, mədəniyyətlərarası əlaqələr və digər mövzular barədə söhbət açıb.
Görüş mövzu ətrafında müzakirələrlə davam edib.

sub menu