İnstitut tələbələri abidələri ziyarət ediblər

03 November, 2022

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “İslamşünaslıq” ixtisası üzrə ΙV kurs tələbələri Şirvanşahlar Saray Kompleksini və xəlvətilik təriqətinin azərbaycanlı nümayəndəsi, xəlvətiliyin ikinci Piri – Seyid Yəhya Şirvaninin (Bakuvi) qəbirüstü abidəsini ziyarət ediblər.

“Azərbaycanda təsəvvüf və təriqətlər” mövzusu ilə əlaqədar təşkil olunan ziyarətdə təhsil müəssisəsinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov tələbələrə geniş məlumat verib.

Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyalarının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl seminarlar, konfranslar, görüşlər, səfərlər və kurslar təşkil edir.

sub menu