Tələbələrə təşəkkürnamə və hədiyyələr təqdim olunub

27 December, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov tələbələrlə görüşüb.

Aİİ rəhbəri tələbələri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə təbrik edib. Həmrəylik Gününün tarixindən bəhs edən rektor bildirib ki. xalqımızın birlik və bərabərliyinin bariz nümunəsi – 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə Zəfəridir.

Ali təhsil müəssisəsinin rəhbəri tələbələrə qarşıdan gələn qış imtahan sessiyasında uğurlar arzulayıb, daha sonra bir sıra tövsiyələrini bildirib. Vurğulayıb ki, Aİİ-nin hər bir tələbəsi ilahiyyatçı olmağın şüuru ilə yaşamalı, öyrəndiklərini öz həyatına tətbiq etməlidir. Peşəkar kadr olmaq üçün bir kitabla kifayətlənməməli, müxtəlif sosial layihələrdə, təcrübə proqramlarında, təlimlərdə iştirak edərək təcrübə qazanmalı və ən əsası, peşəkar ünsiyyət bacarıqları inkişaf etdirilməlidir.

Görüşün sonunda təhsil aldığı dövrdə İnstitutun elmi, mədəni və ictimai həyatında fəal iştirak etdiyinə, yüksək göstərici və nümunəvi davranışı ilə fərqləndiyinə görə, bir qrup tələbəyə Təşəkkürnamə və hədiyyələr təqdim olunub.

sub menu