Rektor tələbələrlə görüşüb

17 May, 2022

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov tələbələrlə görüş keçirib.

Aİİ rektoru, dosent Aqil Şirinov tələbələrə ali təhsil müəssisəsinin yeni binasında uğurlar arzulayıb. İnstitutun dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran rektor tələbələrə qarşıda duran məqsəd və hədəflərdən bəhs edib. A.Şirinov təhsilalanlara dərslərində fəal olmağı, dərin biliklərə yiyələnməyi tövsiyə edib.

İnstitut rəhbəri daha sonra qeyd edib ki, təhsilalanların yüksək dini və dünyəvi elmlərə yiyələnmələri üçün Aİİ-də təhsil sistemi müasir dövrün tələblərinə uyğun qurulub.

Ali təhsil müəssisəsinin rəhbəri daha sonra tələbələrə tövsiyələrini bildirib, gənclər üçün təşkil olunacaq yarışlar və səfərlər haqqında məlumat verib.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov bildirib ki, tələbələrin təhsil dövründə mükəmməl öyrəndikləri gələcəyə etibarlı yatırımdır. Azərbaycan xalqının bu sahədə yüksəkixtisaslı, savadlı, milli məfkurəyə sahib, dürüst kadrlara ehtiyacı var.

Tədbirdə tələbələrin tədris prosesi, təlim, təhsil və sosial məsələlər ətrafında sualları cavablandırılıb.

sub menu