Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Hüseyn Cavidin ev-muzeyini ziyarət ediblər

25 November, 2026

Azərbaycan İlahiyyat İnstitutunda həyata keçirilən “Tarixə açılan qapılar” muzey-maarifləndirmə layihəsi çərçivəsində I kurs tələbələri görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ev-muzeyini ziyarət ediblər.

Ziyarət zamanı tələbələrə Hüseyn Cavidin həyat və yaradıcılığı, ədəbi irsi, yaşadığı dövr və Azərbaycan ədəbiyyatına verdiyi töhfələr haqqında məlumat verilib. Muzeyin ekspozisiyası ilə tanış olan tələbələr şairin şəxsi əşyalarını, əlyazmalarını, fotoşəkillərini və həyatının müxtəlif dövrlərini əks etdirən materialları nəzərdən keçiriblər.

Qeyd edək ki, Hüseyn Cavidin irsinin tanıdılması məqsədilə İnstitutda da maarifləndirici tədbir təşkil olunub. Tələbələr burada şairin həyat və yaradıcılığına həsr edilmiş “Cavid ömrü” filmini izləyiblər.

sub menu