İlahiyyat İnstitutu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

21 October, 2026

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21–27 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.

Sərgidə Aİİ-nin elmi nəşrlər baxımından beynəlxalq standartlara cavab verən “Din Araşdırmaları” jurnalı, “İlahiyyat nəşrləri” adı altında nəşr olunan ali təhsil müəssisəsi müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitabları, müxtəlif dillərdən tərcümə olunan əsərlər, həmçinin İnstitutun fəaliyyətini əks etdirən bülleten nümayiş etdirilir.

Qeyd edək ki, Aİİ-nin qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

sub menu