Azərbaycan İlahiyyat İnstitutunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Aİİ İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov uşaq hüquqlarının tarixi inkişafı, beynəlxalq hüquqi sənədlərdə təsbit olunması və müasir dövrdə əhəmiyyəti barədə məlumat verib.
Məruzəçi İslam dinində uşaqların hüquqları, onların mənəvi və fiziki inkişafının qorunması, təhsil və tərbiyəsi, eləcə də valideynlərin bu istiqamətdə məsuliyyət və vəzifələrindən bəhs edib.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hər il 20 oktyabr – 20 noyabr tarixləri arasında BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ilə əlaqədar Ombudsman Aparatı tərəfindən “Uşaq Hüquqları Aylığı” elan olunur.