Aİİ rektoru Qırğızıstan Müsəlmanları İdarəsinin sədri ilə görüşüb

15 September, 2026

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov Qırğızıstan Müsəlmanları İdarəsinin sədri, müfti Əbdüləziz Zakirov ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında dini təhsil və elmi əməkdaşlığın inkişaf perspektivləri, ali dini təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Aqil Şirinov Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti, təhsil proqramları, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib. Rektor Aİİ-nin əsas fəaliyyət istiqamətlərindən birinin müasir tələblərə cavab verən, yüksək dini və akademik hazırlığa malik mütəxəssislərin, o cümlədən din xadimlərinin yetişdirilməsi olduğunu bildirib.

Qırğızıstan Müsəlmanları İdarəsinin sədri, müfti Əbdüləziz Zakirov Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlığın əhəmiyyətindən danışıb, Aİİ ilə əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

sub menu