Konfrans panellərlə davam edib

05 Май, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda respublika elmi konfrans panellərlə davam edib.

Panellərdə “Qarabağnamələrdə Şuşa şəhəri”, “Azərbaycanın şuşalı qadın şair-ədibləri: Xurşudbanu Natəvan və Fatimə Kəminə”, “Şuşanın dini irsi: məscidləri, dini təhsili, ilahiyyatçıları”, “Üzeyir Hacıbəyli tənqidçi-maarifçi kimi (felyetonlar əsasında)”, “Yuxarı Gövhər ağa məscidinə məxsus epiqrafik abidələrdəki yazıların tədqiqi”, “Difai” partiyasının Qarabağ və Şuşa – “Qarabağ Birlik Məclisi” komitələri və onların fəaliyyəti haqqında”, “Mir Möhsün Nəvvab yaradıcılığı Qarabağ ədəbi-mədəni mühiti müstəvi¬sin-də”, “Şuşanın böyük tarixi”, “Molla Pənah Vaqifin Qarabağ sarayı ilə bağlılığı rəvayətlər işığında”, “Şuşa – məkanın poetikası”, “Azərbaycan tarixi-mədəni mühitində Şuşa”, “Şuşa – Azərbaycanın mədəniyyət və incəsənət beşiyi”, “Şuşalı ictimai-siyasi xadimlərin Azərbaycanın inkişaf tarixində rolu”, “Şuşanın milli-mənəvi irsimizin təşəkkül və inkişafında rolu (musiqi incəsənətinin beşiyi)” mövzusunda məruzələr dinlənilib.

Вверх

Новости

Архив
alt menü