Aİİ “Gələcək karyeramı necə qurmalıyam?” mövzusunda seminar keçirib

03 Октября, 2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Gələcək karyeramı necə qurmalıyam?” mövzusunda seminar keçirib.

Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə gənclər siyasəti dövlətin müəyyənləşdirdiyi istiqamətin mühüm tərkib hissəsidir. Respublikada bu siyasətin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

İnstitut rəhbəri C.Məmmədov daha sonra vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gəncliyin cəmiyyətin aparıcı qüvvəsi olduğunu, inkişafın yalnız yüksək elm, təhsil, qabiliyyət və bacarıqla əldə edilə biləcəyini nəzərə çatdırıb. Rektor Aİİ-də maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminar, “dəyirmi masa”, konfrans və görüşlərin təşkil edildiyini söyləyib. Gənclik dövrünün insan həyatında həlledici mərhələ olduğunu, bu dönəmdə verilmiş qərarların ömür yolunda dərin iz buraxdığını xatırladan rektor gənclərə bir sıra tövsiyələrini bildirib.

Sonra “Gələcək karyeramı necə qurmalıyam?” mövzusunda məruzə dinlənilib. Məruzəni peşəkar idarəçi, biznes məsləhətçisi, motivasiyaverici spiker, bir çox ölkələrdə təlim, konfrans və seminarların iştirakçısı olmuş Fəxri Ağayev təqdim edib. Qeyd edib ki, yeniyetmə və gənclərin fərdi bacarıqlarını inkişaf etdirmək onlara karyera imkanlarını dəyərləndirməkdə effektiv köməklik edə bilər. Uğurlu karyera qurmaq üçün təkcə sahə və peşə bilikləri yetərli deyil, həmçinin insanın sosial vərdişləri, bacarıqları da xüsusi əhəmiyyət daşıyır. F.Ağayev gənclərə öz tövsiyələrini bildirib: “Ali təhsil vacibdir, amma yetərli deyil. Ali təhsil bir dəfə alınır – amma yaşadığımız dövrdə o qədər böyük sürətlə inkişaf gedir ki, siz ömrünüzün sonunadək biliyə ac və tələbə qalmalısınız”.
Seminar mövzu ətrafında tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Вверх

Новости

Архив
alt menü