Rektor Aqil Şirinov şəhid polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə iştirak edib

22 Октября, 2021

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Media Türk” TV-nin dəstəyi ilə Azərbaycan İqtisad Universitetində “Vətən Müharibəsi Qəhrəmanı” şəhid polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr olunmuş “Ölməz Qəhrəmanlar” adlı tədbirdə iştirak edib. Tədbirdə “Media Türk” TV-nin qəhrəmanımız haqqında hazırladığı videoçarx yayınlanıb.

Tədbirin moderatoru “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc xanım Alızadə çıxış edərək Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın daim təbliğ edilməsinin, hər bir şəhidin qəhrəmanlıq salnaməsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə şəhid komandir polkovnik-leytenant Anar Əliyevin ailə üzvləri öz hislərini bildirib, qəhrəmanlıq zirvəsinə ucalmış bir hərbçinin əmanətləri olmaqdan qürur duyduqlarını ifadə ediblər. Gənclərimizə şəhidlərimizin xatirəsini uca tutmağı tövsiyə ediblər.

Вверх

Новости

Архив
alt menü