Pakistanlı qonaq İlahiyyat İnstitutunda olub

26 Май, 2022

Pakistan Müsəlman İnstitutunun koordinatoru Asif Tanver Avan Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov qonaqları ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. M.Camalov İnstitutun fəaliyyəti, ölkədaxili və xarici əlaqələri, ölkəmizin multikultural və tolerantlıq ənənələrinin təbliğindəki rolu, gələcək hədəfləri barədə ətraflı bəhs edib. O, ali təhsil müəssisəsində mövcud ixtisaslar və təhsil pillələri haqqında məlumat verib. Qeyd edib ki, Aİİ-də bakalavirat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır.

Ətraflı məlumata görə minnətdarlığını ifadə edən Asif Tanveer Avan Pakistan Müsəlman İnstitutu və Azərbaycan–Pakistan qardaşlığı haqqında videorolik nümayiş etdirib.
Asif Tanveer Avan daha sonra təhsil və elmi-tədqiqat sahəsində ikitərəfli əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayıb.

Görüş birgə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Вверх

Новости

Архив
alt menü