“Gələcəyi günümüzdə qura bilsək” mövzusunda tədbir təşkil olunub

28 Февраль, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı ilə görüş keçirilib.

“Gələcəyi günümüzdə qura bilsək” mövzusunda təşkil olunan tədbirdə giriş nitqi ilə çıxış edən rektor, dosent Aqil Şirinov professor Hamlet İsaxanlının yaradıcılığı barədə fikirlərini bölüşüb, professora gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı görüşün təşkilinə görə İnstitut rəhbərliyinə təşəkkürünü bildirib. Gənclərə tövsiyələrini çatdırdıqdan sonra H.İsaxanlı qələmə aldığı şeirlərdən bir neçəsini səsləndirib.

Görüşdə millət vəkili Ceyhun Məmmədov, Aİİ İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova professor Hamlet İsaxanlı ilə bağlı xatirələrini bölüşüblər.

Tədbirdə Hamlet İsaxanlının həyat və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş etdirilib, tələbələrin ifasında onun şeirləri səsləndirilib.

Sonda Aİİ rektoru Aqil Şirinov qonağa yubileyi münasibətilə İnstitut adından hədiyyə təqdim edib.

Tədbirdə Aİİ-nin müəllim və tələbələri, əməkdaşları, həmçinin Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova, Dillər və ədəbiyyatlar kafedrasının müdiri, dosent Dilbər Zeynalova, İctimaiyyətlə əlaqələr və media şöbəsinin direktoru Əlövsət Əmirbəyli və ali təhsil müəssisəsinin digər əməkdaşları iştirak ediblər.

Вверх

Новости

Архив
alt menü