Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Əlyazmalar İnstitutunu ziyarət ediblər

27 Ноябрь, 2026

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

Ziyarət zamanı Aİİ-nin müəllimi, AMEA Əlyazmalar İnstitutunun şöbə müdiri Zaur Orucov tələbələrə müəssisənin fəaliyyəti, zəngin əlyazma fondu, mühafizə edilən qədim və nadir yazılı abidələr barədə məlumat verib, həmçinin əlyazmaların tarixi və elmi-mədəni əhəmiyyəti, tədqiqi, mühafizəsi və bərpası istiqamətində görülən işlərdən bəhs edib.

Tələbələr Əlyazmalar İnstitutunda qorunan nümunələrin saxlanma şəraiti maraqlanıb, bərpa laboratoriyasında əməkdaşların iş təcrübəsi ilə tanış olublar.

Ziyarət tələbələri maraqlandıran sualların cavablandırılamsı ilə yekunlaşıb.

Вверх

Новости

Архив
alt menü